Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
Bu barədə DİN mətbuat xidmətindən Avantaj.media ya məlumat verilib.
Qax rayonunda yerləşən evdən məişət əşyaları oğurlanması barədə polisə məlumat daxil olub.
Polisin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən S.Məmmədli müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onun rayon ərazisində yerləşən bir neçə fərdi yaşayış evindən də oğurluq etdiyi müəyyənləşdirilib.
Faktla bağlı cinayət işi başlanılıb. S.Məmmədli barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
















