• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Özəl
  • Ölkə
  • Sosial
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
13.4° Weather Columbus
$
1.7
€
1.9
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Özəl
  • Ölkə
  • Sosial
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Manşet

ŞOK İDDİA ! Ağköynək kənd tam orta məktəbində özbaşınalıq və maliyyə pozuntuları – “Səs yazıları da var”

25 Avqust, 26 / 15:53
A A

ŞOK İDDİA ! Ağköynək kənd tam orta məktəbində özbaşınalıq və maliyyə pozuntuları – “Səs yazıları da var”

“Real Azərbaycan” redaksiyasına Qazax rayonu Şamoy Çobanov adına Ağköynək kənd tam orta ümumtəhsil məktəbinin 40 illik pedaqoji staja malik ingilis dili müəllimi Mansurova Nəzakət Bilal qızı tərəfindən geniş şikayət müraciəti daxil olub. Şikayətçi öz müraciətində məktəbin direktoru Rasimə Çarçıyevanın qanunsuz əməllərindən, təhsil ocağında yaranmış biabırçı idarəçilik mühitindən və aidiyyəti qurumların məsələyə göstərdiyi laqeydlikdən detalına qədər bəhs edir.

Nəzakət Mansurovanın redaksiyamıza ünvanladığı müraciətini olduğu kimi təqdim edirik:

“Mən, 40 il pedaqoji stajı olan bir müəllim kimi bildirirəm ki, 2020-ci ildə Rasimə Çarçıyeva məktəbimizə direktor təyin edildiyi gündən bu yana təhsil müəssisəsində qalmaqalların və qanunsuzluqların ardı-arası kəsilmir.

Məktəbdə tədris prosesi tamamilə iflic vəziyyətindədir. Xüsusilə yuxarı siniflərdə (9, 10 və 11-ci siniflər) davamiyyət sıfır dərəcəsindədir. Şagirdlər saat 3-dən (3-cü saatdan) sonra dərslərə qatılmayaraq məktəbi tərk edirlər. Müəllimlər isə məktəb binasında açıq-aşkar repititorluqla məşğul olurlar. Tədris proqramında nəzərdə tutulan dərnək və fakültativ məşğələlər isə ümumiyyətlə keçirilmir.

Bununla yanaşı, məktəbdə ciddi maliyyə pozuntuları və qanunsuz pul yığımları mövcuddur. Məktəbə gələn yoxlama heyətlərini ‘yola salmaq’ və ziyafət süfrələri təşkil etmək məqsədilə müəllimlərdən (o cümlədən şəxsən məndən) 20 AZN məbləğində məcburi pul toplanıb.

Direktor Rasimə Çarçıyeva sertifikasiyadan keçmədiyi, eləcə də müəllim əmri olmadığı halda özünə qanunsuz olaraq 12 saat dərs yükü götürüb. O, saat 9:00-dan 16:00-dək jurnalları yoxlamaq adı altında digər məktəblərə gedərək öz dərslərini başsız qoyur. Analıq məzuniyyətinə çıxan müəllimlərin vacib dərs saatlarının bölüşdürülməsində də gizli və şübhəli maliyyə əməliyyatlarına yol verilir.

Direktor kollektiv arasında mənəvi-psixoloji gərginlik yaradır. Hətta məktəbin musiqi müəllimi Samirə xanım haqqında ortaq wp-qrupunda xoşagəlməz, etikadan kənar sözlər yazaraq onu hamının gözü qarşısında danlayıb, müzakirəyə çıxarıb və digər müəllimlərdən də onun əleyhinə fikir bildirmələrini tələb edib.

Məktəbdə daxili intizam qaydaları tamamilə pozulub. Direktor və rəhbər heyət (müavinlər) arasında şagirdlərin və müəllim kollektivinin gözü qarşısında dəfələrlə biabırçı münaqişələr və dəhşətli davalar yaşanıb, dərslər təxirə düşüb. Hətta mənim 40 illik pedaqoji fəaliyyətimdən sonra təqaüdə yola salınma mərasimimdə belə məktəb rəhbərliyi və təhsil sektoru ibtidai etika qaydalarına zidd olaraq laqeydlik nümayiş etdirərək iştirak etməyiblər.

Bütün bu qanunsuzluqlarla bağlı dəfələrlə Elm və Təhsil Nazirliyinə, Maliyyə Nazirliyinə və Qazax-Tovuz Regional Təhsil İdarəsinə rəsmi şikayətlər ünvanlasam da, problemlər obyektiv araşdırılmayıb, mənə yalnız normativ aktların kopyasından ibarət şablon və laqeyd cavablar verilib.”

Qeyd:

Şikayətçi Nəzakət Mansurova məktəb daxilində rəhbərlik və müəllimlər arasında baş verən qalmaqalları, etikadan kənar münaqişələri, musiqi müəlliminə və digər kollektiv üzvlərinə olunan təzyiqləri sübut edən səs yazılarını (audioyazıları) da redaksiyamıza təqdim etmişdir.

Qeyd edək ki, Nəzakət müəllimə redaksiyamıza bildirişində məktəbdə baş verən növbəti münaqişələrdən birində gərginlik fonunda iki müəllimin səhhətinin kəskin pisləşdiyini və ürəklərinin getdiyini, lakin məsələnin böyüyüb ictimailəşməməsi üçün direktor tərəfindən təcili tibbi yardımın çağırılmasına belə mane olunduğunu iddia etmişdir.

Lakin həmin səs yazılarında işlədilən bəzi ifadə və sözlər mətbuat etikasına və cəmiyyət normalarına uyğun olmadığı üçün yayımlanmasını məqsədəuyğun hesab etmirik.

“Real Azərbaycan” redaksiyası olaraq qərəzsizlik və media etikası prinsiplərinə sadıq qalaraq, məsələdə adı çəkilən qarşı tərəfin — məktəb direktoru Rasimə Çarçıyevanın və aidiyyəti təhsil qurumlarının (Qazax-Tovuz Regional Təhsil İdarəsinin) mövqeyini dinləməyə, onların da cavab haqqını dərc etməyə hazır olduğumuzu bildiririk.

Bənzər Xəbərlər

Manşet

Gülüş və sevinc dolu gün: “Səhliyalı” uşaqlar üçün xeyriyyə tədbiri təşkil etdi – VİDEO

Sentyabr 11, 2026
Manşet

Dubayda 600 min dollarlıq dələduzluq iddiası – 6 lüks avtomobilin taleyi sual altındadır - VİDEO

Avqust 21, 2026
Manşet

Avantaj.media redaksiyasının BƏYANATI :

Avqust 4, 2026
Manşet

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Bəyanatı

İyul 27, 2026
Manşet

Respondentlərin 93.6 faizi İlham Əliyevin fəaliyyətini müsbət qiymətləndirir – MEDİA

İyul 1, 2026
Manşet

Hikmət Hacıyev Bakıda fransalı həmkarı ilə görüşdü

İyun 25, 2026

XƏBƏR LENTİ

Səmavi yenidən gündəmdə: “İlahi” adlı yeni mahnısını təqdim etdi

02 Noyabr, 26 / 14:58

Azərbaycanla bağlı dezinformasiya yayılır – Media və Yayım Şurasından xəbərdarlıq

02 Noyabr, 26 / 12:19

DİN: “APA Group” un əməkdaşına xəsarət yetirən mühafizəçi saxlanılıb, cinayət işi başlanılıb – YENİLƏNİB

01 Noyabr, 26 / 13:17

Bakıda yanğın hadisəsini işıqlandıran APA TV əməkdaşına hücum edilib

01 Noyabr, 26 / 13:13

Arvadını “TikTok” a görə döyən şəxs məsuliyyətdən azad olundu

31 Oktyabr, 26 / 16:56

Qaxda silsilə oğurluq edən şəxs saxlanılıb

30 Oktyabr, 26 / 14:12

Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edilib

30 Oktyabr, 26 / 13:52

Deputat Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi – Spiker etiraz etdi

30 Oktyabr, 26 / 13:35

Avantaj.media paylaşdı , polis hərəkətə keçdi – Xırdalanda “Zaparoji” ni iki təkər qaldıran sürücü həbs edildi

29 Oktyabr, 26 / 15:46

“DTX” nin əməliyyatı ilə saxlanılan 8 nəfərə hökm oxundu

29 Oktyabr, 26 / 15:10
  • Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə

© 2026 Avantaj.media - İnformasiya Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Özəl
  • Ölkə
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Avantaj.media - İnformasiya Portalı.