Naxçıvanda təhsil naziri dəyişdi.
Elxan Nəcəfov vəzifədən azad edildi, onun yerinə isə dünənə qədər Babək Rayon İcra Hakimiyyətinin başçısı olan Ovni Muradov gətirildi.
Maraqlıdır…
Bir gün icra başçısı, ertəsi gün təhsil naziri.
Amma əsas məsələ heç də vəzifə dəyişikliyinin özü deyil.
Əsas sual budur: Naxçıvan təhsilində nə dəyişəcək?
Məktəblərdə, müəllimlərin işində, dərs bölgüsündə, idarəetmədə, təhsilin keyfiyyətində hansı dəyişiklikləri görəcəyik?
Çünki nazirin dəyişməsi hələ təhsilin dəyişməsi demək deyil.
İndi cəmiyyətin gözləntisi yeni təhsil nazirindən sadəcə yeni qərarlar deyil, real nəticələrdir.
Görək, Naxçıvanda sadəcə nazirin adı dəyişdi, yoxsa təhsilə yanaşma da dəyişəcək ?
Təhsilmedia.az saytının təsisçisi Sakit Muradov..
















