• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Özəl
  • Ölkə
  • Sosial
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
22.9° Weather Columbus
$
1.7
€
1.9329
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Özəl
  • Ölkə
  • Sosial
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Sosial

Sumqayıtda şəhidlərin xatirəsi ehtiramla yad edildi – Fotolar

27 Sentyabr, 26 / 18:29
A A

27 Sentyabr – Anım Günü münasibətilə Sumqayıt şəhərində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edilib.

“Avantaj.media” xəbər verir ki, Sumqayıt Şəhidlər Xiyabanında keçirilən anım mərasimində Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Milli Məclisin deputatları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, hərbçilər, şəhər ictimaiyyətinin nümayəndələri və sakinlər iştirak ediblər.

Mərasim iştirakçıları əvvəlcə Şəhidlər xiyabanında ucaldılmış “Qalib Əsgər” abidəsinin önünə gül dəstələri və əklillər qoyaraq Vətən uğrunda canından keçmiş qəhrəman övladlarımızın xatirəsinə ehtiramlarını ifadə ediblər. Daha sonra şəhidlərin məzarları ziyarət olunub, üzərinə tər güllər düzülüb, ruhlarına dualar oxunub.

Saat 12:00-da ölkəmizin bütün bölgələrində olduğu kimi, Sumqayıt şəhərində də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bildirilib ki, 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan tarixinin ən şanlı səhifələrindən birinə çevrilib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Qələbənin təməlində xalqımızın birliyi, hərbçilərimizin yüksək döyüş əzmi, qəhrəmanlığı və Vətən sevgisi dayanır. Şəhidlərimizin canı və qanı bahasına qazanılan bu Qələbə nəticəsində uzun illər işğal altında qalmış torpaqlarımız azad edilib, Azərbaycanın ərazi bütövlüyü bərpa olunub.

Qeyd olunub ki, Vətən uğrunda ən ali məqama – şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın xatirəsinin yaşadılması, onların gələcək nəsillərə örnək olan həyat və döyüş yolunun təbliği hər bir Azərbaycan vətəndaşının mənəvi borcudur. Şəhidlərimizin göstərdikləri misilsiz qəhrəmanlıq xalqımızın milli yaddaşında əbədi yaşayacaq, onların Vətən qarşısındakı xidmətləri heç zaman unudulmayacaq.

Mərasim zamanı şəhid ailələrinin üzvləri ilə görüşülüb. Bildirilib ki, şəhid ailələrinin və qazilərin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin həlli, daim diqqət və qayğı ilə əhatə olunması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərə göstərdikləri xüsusi diqqət və həssaslıq bu istiqamətdə həyata keçirilən ardıcıl dövlət siyasətinin əsasını təşkil edir.

Anım mərasimindən sonra Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən şəhidlərin əziz xatirəsinə ehsan süfrəsi açılıb, Vətən uğrunda canından keçmiş qəhrəmanlarımızın ruhuna dualar oxunub.

Bənzər Xəbərlər

Sosial

Bir gün icra başçısı , ertəsi gün nazir: Naxçıvan təhsilində nə baş verəcək ? Jurnalist Sakit Muradov yazır..

Sentyabr 27, 2026
Sosial

“Axı bir tanış görsə, tanımaz artıq məni…” İnsanda qatilini sevərmi ?

Sentyabr 27, 2026
Sosial

Deputat qarpız satanın satış yerini bağlatdırdı – “4 balam çörəksiz qalıb”

Sentyabr 26, 2026
Sosial

Təyyarədə ölən bacı-qardaşına görə pul davası aparırdı – İndi qətlə görə tutuldu

Sentyabr 24, 2026
Sosial

Avantaj.media-nın redaksiya heyətində yeni təyinat

Sentyabr 19, 2026
Sosial

Ramiz Cəfərov “Mr. Pepper”dən şikayətləndi: “Bir aydır gördüyüm işin pulunu ala bilmirəm”

Sentyabr 17, 2026

XƏBƏR LENTİ

Bir gün icra başçısı , ertəsi gün nazir: Naxçıvan təhsilində nə baş verəcək ? Jurnalist Sakit Muradov yazır..

27 Sentyabr, 26 / 22:48

“Axı bir tanış görsə, tanımaz artıq məni…” İnsanda qatilini sevərmi ?

27 Sentyabr, 26 / 19:12
BAKU, AZERBAIJAN - APRIL 30: Charles Leclerc of Monaco driving the (16) Ferrari SF-23 on track during the F1 Grand Prix of Azerbaijan at Baku City Circuit on April 30, 2023 in Baku, Azerbaijan. (Photo by Bryn Lennon - Formula 1/Formula 1 via Getty Images)

Formula 1-in keçdiyi yollar açıldı

27 Sentyabr, 26 / 18:39

Xəzərdəki təlimdə həlak olan hərbçilər təltif edildi

27 Sentyabr, 26 / 18:37

Hikmət Hacıyevdən Anım Günü ilə bağlı – Paylaşım

27 Sentyabr, 26 / 18:33

“Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə qalacaq” – Ərdoğan

27 Sentyabr, 26 / 18:30

Sumqayıtda şəhidlərin xatirəsi ehtiramla yad edildi – Fotolar

27 Sentyabr, 26 / 18:29

Loteriya necə yarandı - Eramızdan əvvəlki illərə dayanan tarix

26 Sentyabr, 26 / 15:46

Sarmaşıq gülünün nəhəngliyi sizi heyrətləndirəcək..

26 Sentyabr, 26 / 14:59

Küçələrin ləzzətli yeməyinə çevrilən Dönər necə yaranıb ?

26 Sentyabr, 26 / 14:51
  • Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə

© 2026 Avantaj.media - İnformasiya Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Özəl
  • Ölkə
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Avantaj.media - İnformasiya Portalı.