• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Özəl
  • Ölkə
  • Sosial
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
13.7° Weather Columbus
$
1.7
€
1.9
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Özəl
  • Ölkə
  • Sosial
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Kriminal

Arvadını “TikTok” a görə döyən şəxs məsuliyyətdən azad olundu

31 Oktyabr, 26 / 16:56
A A

Bakıda həyat yoldaşına mütəmadi fiziki və psixoloji zorakılıq etməkdə təqsirləndirilən şəxsin cinayət işinə xitam verilib. Məhkəmə tərəflərin barışmasını və dəymiş ziyanın ödənilməsini nəzərə alaraq onu cinayət məsuliyyətindən azad edib.

Avantaj.media Modern.az-a istinadən xəbər verir ki, işə Xəzər Rayon Məhkəməsində hakim Toğrul Məmmədovun sədrliyi ilə baxılıb. Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 133.1-ci – əzab vermə maddəsi ilə ittiham irəli sürülüb.

Qərarda göstərilib ki, kişi müxtəlif vaxtlarda birgə yaşadıqları mənzildə həyat yoldaşını döyərək ona fiziki ağrı və psixoloji iztirab verib. Epizodların bir qismində qadının “TikTok”dan istifadə etməsini mübahisəyə bəhanə edib.

İş materiallarına əsasən, o, qadını iradəsinə zidd olaraq otelə aparıb, hicabını açmağa və “TikTok”da canlı yayıma qoşulmağa məcbur edib. Daha sonra onun adından digər istifadəçilərə intim məzmunlu mesajlar yazıb.

Zərərçəkmiş məhkəmədə bildirib ki, həyat yoldaşı işləməsinə icazə vermədiyi üçün gəlir əldə etmək məqsədilə sosial şəbəkədə canlı yayımlar açmağa başlayıb. Onun sözlərinə görə, kişi müxtəlif vaxtlarda telefonunu əlindən alıb, ona xəsarətlər yetirib və hədələyib.

Qadın yaxınlarının evinə getdikdən sonra hadisələr barədə polisə məlumat verilib. Məhkəmə-tibbi ekspertizalarında onun bədənində müxtəlif xəsarətlər aşkarlanıb.

Təqsirləndirilən şəxs məhkəmədə özünü qismən təqsirli bilib və həyat yoldaşını bir neçə dəfə vurduğunu etiraf edib.

Məhkəmə baxışı zamanı hər iki tərəf barışdıqlarını bildirərək işə xitam verilməsini istəyib. Zərərçəkmiş ona dəymiş ziyanın ödənildiyini, qarşı tərəfə şikayət və tələbinin olmadığını qeyd edib.

Məhkəmənin 29 oktyabr 2026-cı il tarixli qərarı ilə kişi Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad olunub, barəsindəki cinayət təqibinə və iş üzrə icraata xitam verilib. Onun başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri də ləğv edilib.

Bənzər Xəbərlər

Kriminal

Qaxda silsilə oğurluq edən şəxs saxlanılıb

Oktyabr 30, 2026
Kriminal

Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edilib

Oktyabr 30, 2026
Kriminal

“DTX” nin əməliyyatı ilə saxlanılan 8 nəfərə hökm oxundu

Oktyabr 29, 2026
Kriminal

Bakıda itkin düşən şəxsin meyiti tapıldı

Oktyabr 29, 2026
Kriminal

Məhkəmə Aynur Elgünəşi ev dustaqlığına buraxmadı

Oktyabr 26, 2026
Kriminal

Xətai rayonunda cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər saxlanılaraq həbs edilib

Oktyabr 26, 2026

XƏBƏR LENTİ

Səmavi yenidən gündəmdə: “İlahi” adlı yeni mahnısını təqdim etdi

02 Noyabr, 26 / 14:58

Azərbaycanla bağlı dezinformasiya yayılır – Media və Yayım Şurasından xəbərdarlıq

02 Noyabr, 26 / 12:19

DİN: “APA Group” un əməkdaşına xəsarət yetirən mühafizəçi saxlanılıb, cinayət işi başlanılıb – YENİLƏNİB

01 Noyabr, 26 / 13:17

Bakıda yanğın hadisəsini işıqlandıran APA TV əməkdaşına hücum edilib

01 Noyabr, 26 / 13:13

Arvadını “TikTok” a görə döyən şəxs məsuliyyətdən azad olundu

31 Oktyabr, 26 / 16:56

Qaxda silsilə oğurluq edən şəxs saxlanılıb

30 Oktyabr, 26 / 14:12

Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edilib

30 Oktyabr, 26 / 13:52

Deputat Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi – Spiker etiraz etdi

30 Oktyabr, 26 / 13:35

Avantaj.media paylaşdı , polis hərəkətə keçdi – Xırdalanda “Zaparoji” ni iki təkər qaldıran sürücü həbs edildi

29 Oktyabr, 26 / 15:46

“DTX” nin əməliyyatı ilə saxlanılan 8 nəfərə hökm oxundu

29 Oktyabr, 26 / 15:10
  • Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə

© 2026 Avantaj.media - İnformasiya Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Özəl
  • Ölkə
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Avantaj.media - İnformasiya Portalı.