• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Özəl
  • Ölkə
  • Sosial
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
23.5° Weather Columbus
$
1.7
€
1.9394
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Özəl
  • Ölkə
  • Sosial
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Özəl

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Jurnalisti qəbul etdi 

01 İyul, 26 / 12:55
A A

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Cənub bölgəsində fəaliyyət göstərən “Cənubunsəsi” xəbər portalının təsisçisi və baş redaktoru, ictimai fəal, bloger-jurnalist Mərhəmət Lələyevi qəbul edib.

Səmimi və işgüzar şəraitdə keçən görüş zamanı Rafiq Cəlilov Cənub bölgəsinin tanınmış ziyalılarını, elm, təhsil, mədəniyyət və ictimai həyatında mühüm xidmətləri olan şəxsiyyətləri özündə əks etdirən “Doğma elin simaları” kitabının işıq üzü görməsi münasibətilə müəllifi və yaradıcı kollektivi təbrik edib. O bildirib ki, belə nəşrlər milli-mənəvi dəyərlərin qorunmasına, bölgənin zəngin tarixinin, görkəmli şəxsiyyətlərinin və mədəni irsinin gələcək nəsillərə çatdırılmasına mühüm töhfə verir.

Görüş zamanı “Cənubunsəsi” xəbər portalı və “Cənubunsəsi” Media Şirkətinin fəaliyyəti ətrafında geniş fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, media qurumu uzun illərdir Cənub bölgəsinin ictimai-siyasi, sosial, iqtisadi və mədəni həyatını operativ, obyektiv və peşəkar şəkildə işıqlandırır, şəhid ailələri, qazilər, ziyalılar, elm, təhsil və mədəniyyət nümayəndələri haqqında hazırladığı reportajlar, müsahibələr və sənədli layihələrlə ictimaiyyətin rəğbətini qazanıb. Portalın materialları sosial şəbəkələrdə geniş oxucu auditoriyası tərəfindən izlənilir və paylaşılır.

Söhbət zamanı Cəlilabad rayonunun son illərdə əldə etdiyi inkişaf göstəricilərinə də toxunulub. Bildirilib ki, rayon ölkənin mühüm aqrar bölgələrindən biri kimi taxılçılıq, buğda və arpa istehsalı, kartofçuluq, tərəvəzçilik və xüsusilə yüksək keyfiyyətli çiyələk istehsalı ilə tanınır. Aqrar sahənin inkişafı, fermerlərə göstərilən dövlət dəstəyi, məhsuldarlığın artırılması istiqamətində həyata keçirilən tədbirlər rayon iqtisadiyyatının daha da güclənməsinə mühüm töhfə verir.

Görüşdə, həmçinin Cəlilabad rayonunda aparılan genişmiqyaslı abadlıq və yenidənqurma işləri, yeni yol və infrastruktur layihələri, yaşayış məntəqələrinin abadlaşdırılması, vətəndaş müraciətlərinə həssas yanaşılması, şəhid ailələri, qazilər və aztəminatlı ailələrə göstərilən diqqət və qayğı xüsusi qeyd olunub. Vurğulanıb ki, rayonun sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən layihələr həm yerli sakinlər, həm də ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.

Görüş zamanı Cəlilabad Rayon İcra Hakimiyyəti ilə “Cənubunsəsi” Media Şirkəti arasında media sahəsində mövcud əməkdaşlığın bundan sonra da davam etdirilməsi, rayonun sosial-iqtisadi inkişafı, kənd təsərrüfatı potensialı, turizm imkanları, tarixi-mədəni irsi və dövlət proqramları çərçivəsində görülən işlərin daha geniş şəkildə ictimaiyyətə çatdırılması barədə fikir mübadiləsi aparılıb.

Sonda Mərhəmət Lələyev göstərilən diqqətə və səmimi qəbula görə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilova təşəkkürünü bildirərək, rayonun inkişafı, milli-mənəvi dəyərlərin təbliği, şəhidlərin əziz xatirəsinin yaşadılması və bölgənin uğurlarının geniş ictimaiyyətə çatdırılması istiqamətində “Cənubunsəsi” Media Şirkətinin bundan sonra da öz fəaliyyətini davam etdirəcəyini qeyd edib.

Görüş zamanı, həmçinin Cəlilabad rayonundan olan şəhidlərin şərəfli həyat və döyüş yoluna həsr olunacaq sənədli filmin hazırlanması ilə bağlı müzakirələr aparılıb.

Bənzər Xəbərlər

Özəl

Belçika yığması Seneqal səddini aşmağa çalışacaq

İyul 1, 2026
Özəl

Tülkülər : Nağılların hiyləgər qəhrəmanı , yoxsa təbiətin ağıllı sakini ?

İyul 1, 2026
Özəl

Meksika Ekvadoru məğlub edərək 1/8 finala yüksəlib

İyul 1, 2026
Özəl

Fransa İsveçi darmadağın edərək 1/8 finala yüksəlib

İyul 1, 2026
Özəl

Bir qaşıq sirkə bədəninizdə bu dəyişikliklərə səbəb ola bilər

İyul 1, 2026
Özəl

Hər fermerin bilməli olduğu 3 qayda: Toyuqlardan daha çox məhsul almaq mümkündür

İyul 1, 2026

XƏBƏR LENTİ

Belçika yığması Seneqal səddini aşmağa çalışacaq

01 İyul, 26 / 14:19

Ufada neft emalı zavodu vuruldu – Foto

01 İyul, 26 / 14:13

Tülkülər : Nağılların hiyləgər qəhrəmanı , yoxsa təbiətin ağıllı sakini ?

01 İyul, 26 / 14:09

Müasir rəqəmsal inkişaf quruculuğuna böyük töhfə

01 İyul, 26 / 14:06

Sabah hava necə olacaq ?

01 İyul, 26 / 14:03

Meksika Ekvadoru məğlub edərək 1/8 finala yüksəlib

01 İyul, 26 / 14:01

Elgiz Əkbərin anası vəfat etdi

01 İyul, 26 / 13:02

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Jurnalisti qəbul etdi 

01 İyul, 26 / 12:55

30 il əvvəl törədilən qətllə bağlı cinayət işi məhkəməyə göndərildi

01 İyul, 26 / 12:21

Bu gündən “BakıKart”ın qiyməti 3 manat oldu

01 İyul, 26 / 12:17
  • Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə

© 2026 Avantaj.media - İnformasiya Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Özəl
  • Ölkə
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Avantaj.media - İnformasiya Portalı.