• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Özəl
  • Ölkə
  • Sosial
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
15.9° Weather Columbus
$
1.7
€
1.9097
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Özəl
  • Ölkə
  • Sosial
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Gündəm

“Gördülər ki, büdrəmişik, arxadan bıçaq vurdular”

02 Oktyabr, 26 / 16:51
A A

“Bu gün qarşıda duran vəzifələrlə bağlı bəzi fikirlərimi bölüşmək istərdim. Çünki mən görüləcək işlərlə bağlı vaxtaşırı açıqlamalar verirəm, müsahibələrdə və çıxışlarımda da. Hesab edirəm ki, dünyada vəziyyət o qədər tez dəyişir ki, buna bu gün də ehtiyac var”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı bildirib.

Dövlət başçısı qeyd edib ki, ilk növbədə, əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır: “Sual oluna bilər, biz şanlı Zəfər qazanmışıq, Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur olub. Bu gün Azərbaycanla Ermənistan arasında münaqişə yoxdur, müharibə yoxdur, sərhədlərdə sakitlikdir. Sülh müqaviləsi paraflanıb, artıq təmaslar da var. Hətta Azərbaycan Ermənistanla ticarətə də başlamışdır. Bu nə üçün lazımdır? Buna cavab, məncə, çox açıq-aydındır. Bu, həmişə lazımdır, hər bir ölkə üçün. Çünki bizim xalqımız bu faciə ilə üzləşib. Bizim xalqımız ermənilərin nankorluğu ilə üzləşib. Yəni onların şirin sözlərini, sağlığımıza qaldırılan badələri, Azərbaycan dilində sərbəst danışmalarını, hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır.

Amma nəticədə nə oldu? Gördülər ki, biz bir az laxlayırıq, gördülər ki, büdrəmişik, arxadan bıçaq vurdular. Yəni birinci dəfə deyil onların tarixində. Eynisini bir əsr ondan əvvəl başqa yerdə də törətmişdilər. Ona görə biz bunu heç vaxt unutmamalıyıq, ayıq olmalıyıq və hər zaman, hər gün onlardan 10 qat güclü olmalıyıq. Necə ki, bu gün belədir, sabah da belə olacaq. Ona görə bu, birinci amildir”

İlham Əliyev vurğulayıb ki, ikinci amil dünyada gedən proseslər, müharibələrin çoxalması və geniş vüsət almasıdır: “Bizim ətrafımızda məkanlar alovlanıb, qaynayır. Müharibələr bitmir, əksinə, yeni müharibə, münaqişə ocaqları yaranır – həm Şimalda, həm Cənubda, həm də Yaxın Şərqdə. Yəni perimetr üzrə bizim ətrafımızda müharibələr, toqquşmalar davam edir və bu müharibələrin dayandırılması üçün heç bir beynəlxalq mexanizm yoxdur və yəqin ki, olmayacaq. Çünki beynəlxalq hüquq tamamilə sıradan çıxıb. Ona əhəmiyyət verənlərin sayı kəskin azalır. Ona görə biz hər gün hazır olmalıyıq ki, istənilən hərbi təxribata cavab verək.

Elə güc əldə etməliyik və bunu əldə edirik ki, heç kimin ağlına belə gəlməsin Azərbaycana qarşı hansısa təxribat törətmək. Ona görə bu, birinci vəzifədir və təsadüfi deyil ki, bizim bu gün müzakirə olunan dövlət büdcəmizdə, gələn ilin büdcəsində hərbi və təhlükəsizlik məsələləri yenə də ön plandadır və təqribən 9 milyard manata yaxın vəsait bu məqsədlər üçün nəzərdə tutulur. Təbii ki, bizim başqa ehtiyaclarımız da var – ilk növbədə, Qarabağın və Şərqi Zəngəzurun bərpası, insanların sosial vəziyyətinin yaxşılaşdırılması. Biz bunu da edirik və müzakirə olunan büdcədə bütün bunlar nəzərdə tutulur. Ancaq əgər biz özümüzü qoruya bilməsək, onda bizim başqa hər hansı bir layihə tamamilə əhəmiyyətsiz olacaq”

Bənzər Xəbərlər

Gündəm

Ramiz Mehdiyevin evindən tapılan sənədi qızı da oxuyub – İfadəsində nələri açıqladı ?

Noyabr 3, 2026
Gündəm

Kosmetoloq fəaliyyəti ilə bağlı ciddi suallar: Günel Babayevanın tibbi sənədləri varmı ?

Noyabr 3, 2026
Gündəm

İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi

Oktyabr 22, 2026
Gündəm

Məhəmməd Musayevə qoyulan vaxt daralır – Mənimsədiyi dövlət vəsaitlərini qaytara biləcək, yoxsa…

Oktyabr 20, 2026
Gündəm

32 vətəndaşımız Almaniyadan geri qaytarıldı

Oktyabr 14, 2026
Gündəm

Bu günki gəmi hücumunda bir Azərbaycanlı yaralanıb – XİN

Oktyabr 13, 2026

XƏBƏR LENTİ

Ağsu Regional Qaz İstismar İdarəsində ciddi iddialar – Rəhbərlikdən açıqlama gözlənilir

04 Noyabr, 26 / 16:59

Yeni sədrə 2 müavin təyinatı – Biri sabiq nazirin oğludur

04 Noyabr, 26 / 16:32

Prezidentdən Kamran İmanovla bağlı – Sərəncam

04 Noyabr, 26 / 16:30

Yeniyetmə Səməd Vurğunun əmisi nəvəsini bıçaqladı

04 Noyabr, 26 / 16:28

Saxta iş elanları: İş axtaranların ümidi necə istismar olunur ?

04 Noyabr, 26 / 16:26

Apteklərdə dərmanların saxlanması: Temperatur pozularsa, məsuliyyət kimdədir ?

04 Noyabr, 26 / 16:24

Plastik tullantılar və ekoloji təhlükə: İstifadə etdiyimiz qablar təbiətə nə qədər zərər vurur ?

04 Noyabr, 26 / 16:23

Turizm obyektlərində reklam və reallıq fərqi: İstirahətə gedənlər hansı problemlərlə üzləşir ?

04 Noyabr, 26 / 16:20

Avtomobillərdə qanunsuz konstruksiya dəyişiklikləri: Yol polisi görməsə, qəzanı kim görəcək ?

04 Noyabr, 26 / 16:18

Paltar reklamı, yoxsa əxlaqsızlığın reklamı? Mağazalar satış naminə hansı sərhədləri aşır ? – Jurnalist Orxan Rasifoğlu yazır

04 Noyabr, 26 / 11:57
  • Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə

© 2026 Avantaj.media - İnformasiya Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Özəl
  • Ölkə
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Avantaj.media - İnformasiya Portalı.