• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Özəl
  • Ölkə
  • Sosial
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
32.9° Weather Columbus
$
1.7
€
1.9359
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Özəl
  • Ölkə
  • Sosial
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Sosial

Leyla Əliyeva Yevlaxda Sahibsiz heyvanlara qayğı mərkəzində olub – FOTOLAR

02 İyul, 26 / 13:40
A A

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Yevlax şəhərində yeni yaradılmış Sahibsiz Heyvanlara Qayğı Mərkəzinin regional bölməsinin açılışında iştirak edib.

Avantaj.media xəbər verir ki, Leyla Əliyeva Mərkəzin ərazisində yaradılmış şəraitlə tanış olub, sahibsiz heyvanların qəbulu, müayinəsi, müalicəsi, peyvəndlənməsi, sterilizasiyası və reabilitasiyası üçün nəzərdə tutulan müvafiq sahələrə baxış keçirib.

Qeyd edək ki, Leyla Əliyevanın təşəbbüsü ilə yaradılmış regional bölmənin əsas məqsədi sahibsiz heyvanlara qayğının göstərilməsi, sanitar-epidemioloji sabitliyin təmin olunması, heyvanların uçotunun aparılması, müayinə və müalicəsinin təşkili, eləcə də profilaktik və digər baytarlıq-sanitariya tədbirlərinin həyata keçirilməsidir.

Ümumi ərazisi 2,5 hektar olan kompleksdə müasir avadanlıqla təchiz olunmuş klinika binası, heyvanların müşahidə və müalicəsi üçün xüsusi bölmələr, inzibati və yardımçı binalar, o cümlədən karantin binası inşa edilib.

Qeyd edək ki, Yevlaxda yaradılmış yeni mərkəz Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi”nin regional bölməsi kimi fəaliyyət göstərəcək. Sahibsiz heyvanlarla bağlı regionlardakı mövcud vəziyyətin təhlili bu istiqamətdə görülən tədbirlərin ölkənin digər şəhər və rayonlarını da əhatə etməsinin zəruriliyini göstərib. Yeni bölmənin Yevlaxda yaradılması şəhərin əlverişli coğrafi mövqeyi və müxtəlif regionları birləşdirən əsas nəqliyyat yollarının qovşağında yerləşməsi nəzərə alınmaqla müəyyənləşdirilib. Regional bölmə ətraf şəhər və rayonlarda sahibsiz heyvanlarla bağlı müraciətlərə daha operativ reaksiya verilməsinə imkan yaradacaq.

 

İyulun 1-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Yevlax şəhərinə səfəri çərçivəsində Səməd Vurğun adına 5 nömrəli tam orta ümumtəhsil məktəbinin yeni binasının açılışında iştirak edib.

Elm və təhsil naziri Emin Əmrullayev Leyla Əliyevaya məktəbin tarixi, burada yaradılmış şərait və tədris imkanları barədə məlumat verib. Bildirilib ki, 2024-cü ilin yanvarında köhnə inzibati bina sökülüb və yerində yeni məktəb binasının tikintisinə başlanılıb. Yeni məktəb binası 528 şagird yerlikdir. Burada müasir standartlara uyğun zəruri tədris şəraiti yaradılıb.

Leyla Əliyeva məktəbin kitabxanası, informatika, biologiya və kimya kabinetləri, texnologiya, məktəb hazırlıq qrupu otaqları, yeməkxana və idman zalında yaradılmış şəraitlə yaxından tanış olub.

Yeni məktəb binasında yaradılmış müasir tədris infrastrukturu şagirdlərin keyfiyyətli təhsil almasına, onların bilik və bacarıqlarının inkişafına, həmçinin müəllimlərin fəaliyyətinin daha səmərəli təşkilinə imkan verəcək.

Məktəbin kollektivi ilə görüşən Leyla Əliyeva onlara uğurlar arzulayıb və xatirə şəkilləri çəkdirib.

Bənzər Xəbərlər

Sosial

DSX-də ard-arda ölümlərin səbəbi nədir ?

İyul 2, 2026
Sosial

Maqnit qasırğası XƏBƏRDARLIĞI

İyul 2, 2026
Sosial

Biləsuvarda da Polis Günü qeyd edildi – Fotolar

İyul 2, 2026
Sosial

Azərbaycan Polisinin yaranmasının 108-ci ildönümü

İyul 2, 2026
Sosial

İsti, yoxsa yağış? Sabahın havası bəlli oldu

İyul 2, 2026
Sosial

Xanım Yadigarlı istefa verdi

İyul 1, 2026

XƏBƏR LENTİ

Gözlərinizi və immunitetinizi qoruyan qidalar: A vitamini ilə zəngin meyvə və tərəvəzlər

02 İyul, 26 / 19:16

DSX-də ard-arda ölümlərin səbəbi nədir ?

02 İyul, 26 / 19:05

Boksu sevən heyvan: Kenqurular haqqında sizi təəccübləndirəcək faktlar

02 İyul, 26 / 18:58

Azərbaycanlı futbolçunun ölkədən çıxışına qadağa qoyuldu, klubu onu cərimələdi – FOTO

02 İyul, 26 / 18:23
xr:d:DAF2woMZDe8:17,j:9093179714171206730,t:23121213

İlk İş Görüşməsində Bunları Etsən Özünü işə Qəbul Olunmuş Say

02 İyul, 26 / 17:55

Şavkat Mirziyoyev Gürcüstana səfər edib

02 İyul, 26 / 17:51

Dünya Çempionatında bu gün: İspaniya, Portuqaliya və İsveçrə 1/8 final uğrunda mübarizəyə çıxacaq

02 İyul, 26 / 17:46

Maqnit qasırğası XƏBƏRDARLIĞI

02 İyul, 26 / 17:43

Kondisioner yayda xilaskardır, yoxsa gizli təhlükə?

02 İyul, 26 / 17:38

Romantik təklif baha başa gəldi: Göydələnin zirvəsində saxlanılan cütlük

02 İyul, 26 / 17:30
  • Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə

© 2026 Avantaj.media - İnformasiya Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Özəl
  • Ölkə
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Avantaj.media - İnformasiya Portalı.