Avantaj.media-nın apardığı araşdırma göstərir ki, rəqəmsal dövrdə yayılan dezinformasiya axını ictimai rəyi manipulyasiya etmək üçün ciddi bir silaha çevrilib. İnformasiya bolluğu fonunda hər gün minlərlə istifadəçi qərəzli və ya qəsdən uydurulmuş xəbərlərin təsirinə məruz qalır.
Rəqəmsal əsrdə dezinformasiya ilə mübarizə, informasiya təhlükəsizliyinin əsas komponentinə çevrilib. Sosial media platformalarında yayılan təsdiqlənməmiş məlumatlar cəmiyyətdə yanlış rəylərin formalaşmasına və çaxnaşmaya səbəb olur. Mütəxəssislər istifadəçiləri “İnformasiya gigiyenası” qaydalarına ciddi riayət etməyi tövsiyə görür.
Bəs dezinformasiyadan necə qorunmaq olar?
Yalan xəbəri aşkar etməyin ən effektiv yolları aşağıdakı kimidir:
1. Mənbənin etibarlılığı: Məlumat rəsmi və ya tanınmış media qurumuna istinad edirmi? Saytın adı və URL ünvanı saxtalaşdırıla bilər, buna görə də “Haqqımızda” bölməsini yoxlamaq lazımdır.
2. Emosional manipulyasiya:Yalan xəbərlər oxucuda qorxu, qəzəb və ya həddindən artıq sevinc yaratmaq üçün nəzərdə tutulur. Başlıq həddindən artıq sensasiyalıdırsa, ehtiyatlı olmaqda fayda var.
3. Faktların kəsişməsi:Hadisə ilə bağlı məlumat digər etibarlı media orqanlarında da yayımlanıbmı? Əgər məlumat tək bir mənbədədirsə, onun doğruluğu şübhəlidir.
4. Tarix və kontekst: Köhnə videoların və şəkillərin kontekstdən çıxarılaraq yeni hadisə kimi təqdim olunması geniş yayılmış manipulyasiya üsuludur. Məlumatın dərc olunma tarixini mütləq yoxlayın.
5.Vizual yoxlama:”Deepfake” və fotomontaj texnologiyaları inkişaf etdiyi üçün, şübhəli görüntüləri Google-da “tərs axtarış” (Reverse Image Search) funksiyası ilə yoxlamaq lazımdır.
Ekspertlər vurğulayır ki, yalan xəbərin qarşısının alınmasında ən böyük məsuliyyət istifadəçinin üzərinə düşür. “Paylaş” düyməsini sıxmazdan əvvəl bir neçə saniyə düşünmək və məlumatı doğrulamaq, dezinformasiya zəncirini qıran ən vacib addımdır.
Elsa Abdullayeva
















