Tələbələr üçün faydalı məşğuliyyətlər: Zamanı inkişafa çevirməyin yolları
Universitet illəri təkcə mühazirə və imtahanlardan ibarət deyil, həm də gələcək karyeranın təməllərini qoymaq üçün ən məhsuldar dövrdür.
Müasir dövrdə rəqabətədavamlı mütəxəssis kimi yetişmək istəyən gənclər üçün dərslərdən kənar asudə vaxtın düzgün qiymətləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Bakı Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının (TGT) sədri Aysu Cəfərzadə “Avantaj Media”ya açıqlamasında bildirir ki: “Universitet həyatı gənclərə fərdi inkişaf üçün qızıl fürsətlər sunur. Tələbələrin yalnız akademik biliklərlə kifayətlənməyib, sosial layihələrdə, könüllülük fəaliyyətlərində və tələbə təşkilatlarında aktiv iştirak etməsi onlara komanda ilə işləmək, liderlik və effektiv kommunikasiya kimi vacib ‘soft skills’ (yumşaq bacarıqlar) qazandırır”.
Bu inkişafı təmin etmək üçün tələbələr erkən kurslardan etibarən yerli və beynəlxalq platformalarda könüllülük fəaliyyətlərinə qoşula, gələcək profillərinə uyğun şirkət və ya media qurumlarında təcrübə keçə bilərlər. Eyni zamanda, qloballaşan dünyanın tələblərinə uyğun olaraq xarici dilləri mükəmməlləşdirmək, rəqəmsal bacarıqlara yiyələnmək və fərdi mütaliə çağırışları ilə intizam formalaşdırmaq tələbələri əmək bazarında hər zaman bir addım öndə edir. Unutmaq olmaz ki, tələbəlik illərində atılan hər səmərəli addım gələcək uğurların tramplinidir.
Ayisə Şərifova
















