• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Özəl
  • Ölkə
  • Sosial
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9329
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Özəl
  • Ölkə
  • Sosial
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Siyasət

Bu gün iki mühüm müqavilə imzalanacaq” – Prezident açıqladı

26 Sentyabr, 26 / 13:46
A A

”Bu gün Abşeron yatağının ikinci mərhələsinin işlənməsi haqqında müqavilə imzalanacaq”.

“Avantaj.media” APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

“Qazla bağlı isə bu gün Abşeron yatağının ikinci mərhələsinin işlənməsi haqqında müqavilə imzalanacaq. Bu layihə üç-dörd ildən sonra Azərbaycanda qaz hasilatının əlavə 5 milyard kubmetr artmasına səbəb olacaq”, – dövlət başçısı vurğulayıb.

Prezident İlham Əliyev qeyd edib ki, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində çox iş görülsə də, neft və qaz yenə də mühüm rol oynayacaq.

“Bu gün iki mühüm müqavilə imzalanacaq. Onlardan biri “Exxon” şirkəti ilə Azərbaycanda böyük potensiala malik qeyri-ənənəvi neft və qaz ehtiyatlarının işlənməsi ilə bağlıdır. Kəşfiyyat işləri uğurlu olarsa, bu, Azərbaycanda yeni neft-qaz bumuna səbəb ola bilər”, – Prezident deyib.

Dövlət başçısı hazırda Avro-Atlantik məkanda qalıq yanacaqlara münasibətdə əsas tendensiyanın dəyişdiyini bildirib. “Buna görə Prezident Trampa təşəkkür edirəm”, – Prezident İlham Əliyev əlavə edib. Prezident qeyd edib ki, müqavilələr bu il keçirilən Bakı Enerji Həftəsi zamanı da imzalanıb.

Onun sözlərinə görə, neft-qaz sektoru yenə də ən cəlbedici sahələrdən biri, investisiyaların həcminə görə isə ən böyük seqment olacaq. “Bu, uzunmüddətli perspektiv üçün nəzərdə tutulub”, – dövlət başçısı vurğulayıb. Prezident İlham Əliyev bildirib ki, regionda, o cümlədən daha geniş regionda əlavə enerji istehsalı gücünə malik ölkələrin sayı çox deyil.

Ölkələrin əksəriyyətinin enerji çatışmazlığı ilə üzləşdiyini deyən Prezident onların enerji resurslarını xaricdən, o cümlədən Azərbaycandan aldığını qeyd edib. “Buna görə də bu üstünlük rəqəmsal inkişaf, məlumat mərkəzləri və süni intellektin inkişafı üçün istifadə oluna bilər.

Biz artıq dünyanın aparıcı şirkətləri ilə çox fəal danışıqlar mərhələsindəyik”, – dövlət başçısı bildirib. Prezident bərpaolunan enerji dedikdə yalnız enerji istehsalını deyil, həm də onun ötürülməsini və saxlanmasını nəzərdə tutduğunu deyib. “Artıq 250 meqavat gücündə enerji saxlama sistemlərimiz var.

Lakin bu, yalnız başlanğıcdır. Biz elektrik enerjisinin çox mühüm təchizatçısına çevrilmək istəyirik”, – Prezident İlham Əliyev vurğulayıb. Dövlət başçısı bildirib ki, Azərbaycanın ixrac etdiyi neft, təbii qaz, neft məhsulları, neft-kimya məhsulları və gübrələrlə yanaşı, elektrik enerjisinin, xüsusilə də Avropa bazarına ixracı enerji təhlükəsizliyini, bağlantıları və qarşılıqlı asılılığı daha da gücləndirəcək.

“Biz regionda bütün bu məhsulları ixrac edən azsaylı ölkələrdən biriyik”, – Prezident qeyd edib.

Bənzər Xəbərlər

Siyasət

Sentyabrın 25-26-da Bakıda Prezident İlham Əliyevin himayəsi altında İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçiriləcək.

Sentyabr 25, 2026
Siyasət

Prezident icra başçısını vəzifəsindən azad etdi

Sentyabr 24, 2026
Siyasət

XİN də Qazaxıstana baş sağlığı verdi

Sentyabr 24, 2026
Siyasət

Hikmət Hacıyevdən Qafqaz Albaniyasının hökmdarı ilə bağlı paylaşım

Sentyabr 12, 2026
Siyasət

Heydər Əliyevin rüsvay edərək qovduğu məmurlar !

Sentyabr 11, 2026
Siyasət

Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi

Sentyabr 8, 2026

XƏBƏR LENTİ

Loteriya necə yarandı - Eramızdan əvvəlki illərə dayanan tarix

26 Sentyabr, 26 / 15:46

Sarmaşıq gülünün nəhəngliyi sizi heyrətləndirəcək..

26 Sentyabr, 26 / 14:59

Küçələrin ləzzətli yeməyinə çevrilən Dönər necə yaranıb ?

26 Sentyabr, 26 / 14:51

1.3 milyon dollara satılan çay - İLGİNC..

26 Sentyabr, 26 / 14:47

İlk restoran harda yaranıb ? Maraqlı TARİXÇƏ..

26 Sentyabr, 26 / 14:42

Deputat qarpız satanın satış yerini bağlatdırdı – “4 balam çörəksiz qalıb”

26 Sentyabr, 26 / 14:16

Bu gün iki mühüm müqavilə imzalanacaq” – Prezident açıqladı

26 Sentyabr, 26 / 13:46

Sentyabrın 25-26-da Bakıda Prezident İlham Əliyevin himayəsi altında İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçiriləcək.

25 Sentyabr, 26 / 9:48

Sayt rəhbərlərini təhqir edən qadın həbs olundu

24 Sentyabr, 26 / 19:46

Prezident icra başçısını vəzifəsindən azad etdi

24 Sentyabr, 26 / 16:38
  • Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə

© 2026 Avantaj.media - İnformasiya Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Özəl
  • Ölkə
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Avantaj.media - İnformasiya Portalı.