• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Özəl
  • Ölkə
  • Sosial
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
13.5° Weather Columbus
$
1.7
€
1.9
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Özəl
  • Ölkə
  • Sosial
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Mədəniyyət

İlham Əliyevdən Fərhad Xəlilova təbrik məktubu

23 Oktyabr, 26 / 13:11
A A

Azərbaycan Prezidenti İlham Əliyev Xalq rəssamı Fərhad Xəlilova təbrik məktubu ünvanlayıb.

“Avantaj.media” xəbər verir ki, məktubda deyilir:

“Hörmətli Fərhad Xəlilov!

Sizi – müasir Azərbaycan rəssamlıq sənətinin görkəmli nümayəndəsini anadan olmağınızın 80 illiyi münasibətilə ürəkdən təbrik edirəm.

Siz Azərbaycan mədəniyyətinin inkişafına xüsusi töhfələr vermiş sənətkarlardansınız. Mahir fırça ustası olaraq müxtəlif janr və mövzularda yaratdığınız boyakarlıq və qrafika əsərləri forma rəngarəngliyi, kompozisiya həlli, estetik mükəmməlliyi və ideya-bədii dəyəri ilə seçilir. Yurdumuzun əsrarəngiz təbiətini, xüsusən Abşeron mənzərələrini əks etdirən tablolarınız milli boyakarlıq irsini zənginləşdirən dəyərli sənət nümunələridir.

Ölkəmizdə və onun hüdudlarından kənarda təşkil olunmuş sərgilərdə, muzey və qalereyalarda nümayiş etdirilən əsərlərinizlə Siz Azərbaycan rəngkarlıq mədəniyyətini həmişə layiqincə təmsil etmiş, novator ruhlu sənətkar və eyni zamanda milli təsviri sənətimizin çoxəsrlik ənənələrinə sadiq istedadlı rəssam kimi tanınmışsınız.

Azərbaycan Rəssamlar İttifaqının sədri vəzifəsində göstərdiyiniz təşkilatçılıq bacarığı və yeni dövr rəssamlar nəslinin formalaşmasında uzunmüddətli təqdirəlayiq səmərəli fəaliyyətiniz yüksək qiymətləndirilmişdir.

İnanıram ki, Siz sənətinizin pərəstişkarlarını bundan sonra da yeni-yeni əsərlərlə sevindirəcək, milli mədəniyyətimizin inkişafı üçün var qüvvənizi əsirgəməyəcəksiniz.

Sizə cansağlığı, xoşbəxtlik və yaradıcılıq uğurları arzulayıram”.

Bənzər Xəbərlər

Mədəniyyət

Tərlan Quliyev vəfat etdi

Oktyabr 13, 2026
Mədəniyyət

Afaq Yusiflinin təhsilhaqqı tam şəkildə ödənildi

Oktyabr 2, 2026
Mədəniyyət

Amin Novruzov vəfat etdi

Sentyabr 5, 2026
Mədəniyyət

Yaşasaydı, 75 yaşını qeyd edəcəkdi…

Sentyabr 3, 2026
Mədəniyyət

Aşıq Əhlimanın səhhətində ciddi irəliləyiş yoxdur – Oğlu son vəziyyəti açıqladı

İyul 25, 2026
Mədəniyyət

Səhnəmizin Florası 85 yaşında

İyul 23, 2026

XƏBƏR LENTİ

Səmavi yenidən gündəmdə: “İlahi” adlı yeni mahnısını təqdim etdi

02 Noyabr, 26 / 14:58

Azərbaycanla bağlı dezinformasiya yayılır – Media və Yayım Şurasından xəbərdarlıq

02 Noyabr, 26 / 12:19

DİN: “APA Group” un əməkdaşına xəsarət yetirən mühafizəçi saxlanılıb, cinayət işi başlanılıb – YENİLƏNİB

01 Noyabr, 26 / 13:17

Bakıda yanğın hadisəsini işıqlandıran APA TV əməkdaşına hücum edilib

01 Noyabr, 26 / 13:13

Arvadını “TikTok” a görə döyən şəxs məsuliyyətdən azad olundu

31 Oktyabr, 26 / 16:56

Qaxda silsilə oğurluq edən şəxs saxlanılıb

30 Oktyabr, 26 / 14:12

Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edilib

30 Oktyabr, 26 / 13:52

Deputat Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi – Spiker etiraz etdi

30 Oktyabr, 26 / 13:35

Avantaj.media paylaşdı , polis hərəkətə keçdi – Xırdalanda “Zaparoji” ni iki təkər qaldıran sürücü həbs edildi

29 Oktyabr, 26 / 15:46

“DTX” nin əməliyyatı ilə saxlanılan 8 nəfərə hökm oxundu

29 Oktyabr, 26 / 15:10
  • Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə

© 2026 Avantaj.media - İnformasiya Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Özəl
  • Ölkə
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Avantaj.media - İnformasiya Portalı.