• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Özəl
  • Ölkə
  • Sosial
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
22.5° Weather Columbus
$
1.7
€
1.9345
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Özəl
  • Ölkə
  • Sosial
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Cəbrayılın 4-cü kəndi tikilir – İlin sonunadək köç olacaq

25 İyul, 26 / 13:10
A A

Cəbrayıl rayonunda Böyük Qayıdış proqramı çərçivəsində bərpası davam edən Soltanlı kəndində tikinti işləri yekun mərhələyə yaxınlaşır.

Horovlu və Şükürbəyli kəndlərindən sonra Soltanlı kəndi rayon üzrə sakinlərin qayıdışına hazırlanan üçüncü yaşayış məntəqəsidir.

Aprel döyüşlərindən sonra yenidən qurulan Cocuq Mərcanlı da nəzərə alınmaqla, bu, Cəbrayılda bərpa edilərək əhalinin qayıdışına hazırlanan dördüncü kənddir.

Soltanlı kəndinin təməli 2023-cü il noyabrın 24-də qoyulub. Layihə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində icra olunur. Baş plan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə Macarıstanın “KESZ” Şirkətlər Qrupu və Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanıb.

Araz çayının sahilində, Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd magistral yolunun üzərində yerləşən Soltanlı əlverişli coğrafi mövqeyi ilə seçilir. Kəndin yaxınlığından Əhmədbəyli–Horadiz–Mincivan–Ağbənd avtomobil yolu keçir. Həmçinin “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkına yaxınlıq gələcək sakinlərin məşğulluğu üçün əlavə imkanlar yaradacaq.

Layihədə müasir mühəndis və enerji səmərəli həllərlə yanaşı, milli memarlıq üslubu və ənənəvi yaşayış elementləri də qorunur.

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Növrəs Cəfərov APA-ya bildirib ki, 108 hektar ərazidə ümumilikdə 420 fərdi yaşayış evi tikilir. Bunlardan 80-i ikiotaqlı, 200-ü üçotaqlı, 110-u dördotaqlı, 30-u isə beşotaqlıdır. Bütün evlər birmərtəbəlidir və hər birinin həyətyanı sahəsində köməkçi tikililər nəzərdə tutulub.

Hazırda 420 evdən 336-sında qaba tikinti işləri başa çatdırılıb. 73 evdə dam örtüyü tamamlanıb, daxili mühəndis-kommunikasiya xətləri çəkilir və daxili bəzək işləri aparılır. Ümumilikdə yaşayış evləri üzrə tikintinin təxminən 50 faizi icra olunub.

Kənddə 140 yerlik uşaq bağçası, inzibati bina, həkim-tibb məntəqəsi, klub-icma mərkəzi, çoxfunksiyalı bina, Bayraq Meydanı, ticarət və ictimai iaşə obyektləri inşa edilir. Uşaq bağçası və çoxfunksiyalı binada qaba tikinti işləri yekunlaşıb, dam və fasad işləri görülür. İnzibati binada qaba tikinti başa çatmaq üzrədir, həkim-tibb məntəqəsində isə tikinti davam edir. Sosial obyektlər üzrə işlərin ümumi icra səviyyəsi 30 faizə yaxındır.

Hazırda tikinti sahəsində 400-ə yaxın işçi çalışır. Paralel olaraq yağış və sel sularının təhlükəsiz kənarlaşdırılması üçün drenaj sistemi və digər mühəndis-kommunikasiya infrastrukturu qurulur.

İşlərin bu ilin sonunadək yekunlaşdırılması və Soltanlı kəndinə ilk sakinlərin mərhələli şəkildə köçürülməsi planlaşdırılır.

Bənzər Xəbərlər

Cəmiyyət

Paytaxtın bu ərazilərində qaz olmayacaq

İyul 21, 2026
Cəmiyyət

Bloger “Azza”dan şikayət etdi: “Bunu insanlara satırlar”

İyul 20, 2026
Cəmiyyət

Ramazan Nəbiyevə yüksək vəzifə verildi

İyul 17, 2026
Cəmiyyət

Bu ərazilərdə qaz olmayacaq

İyul 16, 2026
Cəmiyyət

Sabiq başçının bacısı oğluna vəzifə verildi

İyul 16, 2026
Cəmiyyət

Bu halda maşının şüşələrini qaldırıb ildırımın bitməsini gözləyin – XƏBƏRDARLIQ

İyul 15, 2026

XƏBƏR LENTİ

Aşıq Əhlimanın səhhətində ciddi irəliləyiş yoxdur – Oğlu son vəziyyəti açıqladı

25 İyul, 26 / 13:26

Cənubi Koreyada “əsrin boşanması”: 644 milyon təzminat ödənəcək !

25 İyul, 26 / 13:23

Niyə bəzi ölkələrdə cinayət səviyyəsi digərlərindən xeyli aşağıdır ?

25 İyul, 26 / 13:21

Okeanların dərinliklərində bizi hansı naməlum canlılar gözləyə bilər ?

25 İyul, 26 / 13:20

“Qarabağ” azarkeşləri üçün ÇSKA ilə oyunun biletləri satışa çıxarılır

25 İyul, 26 / 13:18

Gündəlik istifadə etdiyimiz hansı texnologiyalar təsadüf nəticəsində kəşf edilib ? – Böyük ixtiraların arxasındakı maraqlı təsadüflər

25 İyul, 26 / 13:13

Saxta xəbərləri həqiqi xəbərlərdən necə ayırmaq olar ? – Media savadlılığı dövrün ən vacib bacarıqlarından birinə çevrilir

25 İyul, 26 / 13:11

Cəbrayılın 4-cü kəndi tikilir – İlin sonunadək köç olacaq

25 İyul, 26 / 13:10

Yuxunun keyfiyyətini ən çox pozan gündəlik vərdişlər hansılardır ? – Alimlər əsas səbəbləri açıqlayır

25 İyul, 26 / 13:08

Azərbaycan neftinin qiyməti 103 dollardan aşağı düşüb

25 İyul, 26 / 13:06
  • Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə

© 2026 Avantaj.media - İnformasiya Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Özəl
  • Ölkə
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Avantaj.media - İnformasiya Portalı.