“Avantaj media ” araşdırmalarına görə meyvə və tərəvəz istehsalında kimyəvi dərmanlardan istifadə olunur. Bu dərmanlardan istifadə bir çox səbəblərlə bağlıdır. Meyvələrin istehsalında məhsuldarlığın artırılması, zərərverici həşərat lardan qorunma və saxlama müddətinin uzadılması bağlı tətbiq olunur. Lakin son illərdə bu maddələrin insan sağlamlığına mülkün təsiri ilə bağlı narazılıqlar artıb.
Hər bir meyvə üçün qəbul edilən kimyəvi maddənin miqdarı insan sağlamlığına zərər verməyən ən aşağı səviyyədə qəbul edilir. Müasir dövrdə kimyəvi dərmanlar təsərrüfatın əhəmiyyətli hissəsinə çevrilib. Fermerlər kimyəvi maddə vurduqdan sonra müəyyən günlər ərzində məhsulu yığmırlar. Bu müddətdə dərmanlar günəş və yağış təsiri ilə parçalanıb yox olur və ya minimuma enir. Kimyəvi dərmanlardan istifadə fəsillərə görə də dəyişir. Əsasən yay və yaz fəsillərində bu daha çox təhlükəli vəziyyət yaradır. Məhz bu fəsildə zəhərlənmə halları ilə çox rastlaşırıq.
Qida təhlükəsizliyi sahəsində çalışan mütəxəssislər bildirirlər ki, istehlakçılara təqdim olunan məhsulların təhlükəsizliyinin təmin edilməsi üçün mütəmadi laboratoriya analizləri aparılır. Məhsullar satışa çıxarılmazdan əvvəl müəyyən yoxlamalardan keçirilir və normativ tələblərə cavab verməyən məhsulların dövriyyəsinə məhdudiyyət qoyulur. Vətəndaşlara meyvələri istifadə etməzdən əvvəl axar su altında yaxşı yumaq, imkan daxilində qabığını soymaq və alış-veriş zamanı etibarlı satış məntəqələrinə üstünlük vermək tövsiyə olunur. Mövsümündə yetişdirilən meyvələrə üstünlük verilməsi də mümkün risklərin azaldılmasına kömək edə bilər.
Gülşən Heydərova
















