Lerik rayonunda zəlzələ qeydə alınıb.
“Avantaj.media” xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Bildirilib ki, 19:24-də qeydə alınan yeraltı təkanın maqnitudası 3,6 dərinliyi isə 24 km olub.
Məlumata əsasən, zəlzələ hiss olunub.
















