• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Özəl
  • Ölkə
  • Sosial
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9633
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Özəl
  • Ölkə
  • Sosial
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Ölkə

Vəkil qızının ölümündə xəstəxananı ittiham etdi

24 İyun, 26 / 22:00
A A

Vəkil, professor Fərhad Mehdiyev sosial şəbəkə hesabında qəza nəticəsində vəfat edən qızı Zəhranın ölümü ilə bağlı Abşeron Rayon Mərkəzi Xəstəxanasını (RMX) və Təcili Təxirəsalınmaz Tibbi Yardımı (TTY) ciddi fəaliyyətsizlikdə və qeyri-peşəkarlıqda ittiham edib. O, xəstəxana heyətinin səhlənkarlığı olduğunu iddia edib.

Avantaj.media xəbər verir ki, hüquqşünas qızının qəzadan sonra 3 saat 40 dəqiqə ərzində ürəyinin döyündüyünü, lakin tibbi personalın ilkin dəqiqələrdən etibarən prosesi düzgün idarə etmədiyini bildirib. O, xəstəxananın maddi-texniki bazası və həkimlərin yanaşması ilə bağlı bir neçə ciddi nöqsanı ictimailəşdirib.

Fərhad Mehdiyev qeyd edib ki, hadisə yeri Abşeron RMX-dən cəmi 300-400 metr aralıda olsa da, yaralı uşağı götürmək üçün heç bir təcili yardım maşını göndərilməyib. Nəticədə, hadisə şahidləri yarılıya boyun korseti taxmadan, qeyri-peşəkar şəkildə onu taksiyə qoyaraq xəstəxanaya çatdırıblar:

“Səbəb kimi göstərilir ki, hadisə yerinə çatmaq üçün TTY maşını uzun yol qət etməli idi. Lakin buna ehtiyac yox idi. TTY maşını sürət yolunun sağındakı əlavə yolda siqnallarını yandıraraq tərs istiqamətdə gedə bilərdi. Hadisə yerinə paralel saxlayıb, uşağa boyun korseti taxmaqla xərəyə köçürə və dəmir jaluzilərin üzərindən keçirməklə xəstəxanaya çatdıra bilərdilər. Həmin köməkçi yolda Sumqayıt istiqamətində hərəkət belə dayandırıla bilərdi. TTY işini belə qurmamalıdır. Xəstə xəstəxanaya çatdırılana qədər əlavə travmatik şok yaşamamalıdır”.

Hüquqşünas əlavə edib ki, TTY briqadası hadisə yerində xəstənin vəziyyətini dərhal qiymətləndirməli, şinlər və boyun fiksatorlarını taxmalı, ehtiyac varsa, ilk dəqiqələrdən intubasiya və infuziya tədbirlərini həyata keçirməli idi.

Atanın sözlərinə görə, uşağın sol bud sümüyündə açıq qırıq olub və o, həddindən artıq qan itirib. Paltarlarına baxdıqda belə, itirilən qanın miqdarını anlamaq mümkün olsa da, xəstəxanada ona heç bir qan köçürülməsi həyata keçirilməyib.

F. Mehdiyev qızının zədələrinin ağır və çoxsaylı olduğunu qəbul etsə də, həkimlərin onun həyatı üçün mübarizə aparmadığını iddia edib:

“Mən anlayıram ki, Zəhranın aldığı zədələr çoxlu və ağır idi. Amma belə anlayıram ki, xəstəxana heyəti bu uşağın ta başdan yaşamayacağına qərar verib ciddi müdaxilə etmək də istəmədilər. Məsələn, sol budundakı açıq yaraya xəstəxanada tikişin atılmaması, həkim heyətinin xəstənin yaşamayacağını düşündüyünü göstərir.

Əgər Abşeron RMX-də ağır xəstələrə müdaxilə etmə və ciddi reanimasion tədbir göstərmə imkanları yoxdursa, bunu bəyan eləsinlər, insanlar da ora deyil, digər xəstəxanalara yönəlsinlər. Çünki ağır vəziyyətdə olan xəstələr üçün hər dəqiqə dəyərlidir. Daha əvvəl də həmin xəstəxanada KT (kompüter tomoqrafiyası) aparatının işləmədiyini qeyd etmişdim”.

Bənzər Xəbərlər

Ölkə

Güclü külək əsəcək – XƏBƏRDARLIQ

Avqust 5, 2026
Ölkə

Lerikdə yenə zəlzələ oldu – YENİLƏNİB

Avqust 1, 2026
Ölkə

Leysan yağacaq , dolu düşəcək

İyul 29, 2026
Ölkə

Zaqatalada dönərdən kütləvi zəhərlənmə – Obyekt bağlandı

İyul 29, 2026
Ölkə

Milli Qvardiyanın yaradıcısı vəfat etdi

İyul 28, 2026
Ölkə

Penitensiar xidmət və DİN birgə əməliyyat keçirdi – FOTO

İyul 28, 2026

XƏBƏR LENTİ

Patron tumunun içindən siqaret kötüyü çıxdı

06 Avqust, 26 / 12:11

Dalaşan gəncləri ayırarkən öldürülən Azərin – Fotosu

06 Avqust, 26 / 12:04

Qənimət Zahid Çingiz Qənizadəyə təzminat ödədi — EKSKLÜZİV

06 Avqust, 26 / 11:33

Ağstafada mağaza sahibi müştərini ürəyindən bıçaqladı

06 Avqust, 26 / 1:52

Dünyanın ən zəngin bankı hansıdır ? – Trilyonlarla dollarlıq nəhəng

05 Avqust, 26 / 23:46

Çin texnologiyada dünyaya meydan oxuyur – Ən güclü sahələr hansılardır ?

05 Avqust, 26 / 23:42

Dünyanın ən qədim idman oyunu hansıdır ?

05 Avqust, 26 / 23:06

Dünyanın ən bahalı ekzotik meyvəsi hansıdır ? 

05 Avqust, 26 / 23:01

Azərbaycanda iki klubun adı dəyişdirildi

05 Avqust, 26 / 18:53

Kolleclərdə ən yüksək təhsil haqqı olan ixtisaslar (SİYAHI)

05 Avqust, 26 / 18:51
  • Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə

© 2026 Avantaj.media - İnformasiya Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Özəl
  • Ölkə
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Avantaj.media - İnformasiya Portalı.