Avantaj.media Xəbər verir ki, Bərdə rayonunda son bir ay ərzində polis əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi və satışı, talama cinayətləri və qanunsuz silah-sursat saxlamaqda şübhəli bilinən ümumilikdə 16 nəfər saxlanılıb.
Bu barədə məlumat DİN-in Mətbuat Xidməti tərəfindən Avantaj.media ya verilib.
Bildirilib ki, narkotiklərlə əlaqəli saxlanılan 11 nəfərdən ümumilikdə 23 kiloqram müxtəlif növ narkotik vasitə və psixotrop maddə aşkar edilərək götürülüb.
Keçirilən tədbirlər zamanı Bərdə və ətraf rayonlardan mal-qara və digər əmlakları oğurlamaqda şübhəli bilinən 4 nəfər də müəyyən olunaraq saxlanılıb.
Bundan başqa, qanunsuz odlu silah-sursatın aşkar edilməsi istiqamətində keçirilən əməliyyat zamanı 1 nəfər saxlanılıb. Ondan 1 ədəd “Makarov” markalı tapança və həmin silaha aid patronlar götürülüb.
Faktlarla bağlı cinayət işləri başlanılıb. Saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
















