Ucar rayonunda ehtiyatsızlıqdan zəhərli məhlul içən qadın vəfat edib.
Avantaj.media xəbər verir ki, hadisə avqustun 25-i saat 07 radələrində rayonun Lək kəndində baş verib.
1977-ci il təvəllüdlü Fərqanə Əlikram qızı Ağayeva yaşadığı evdən ehtiyatsızlıqdan zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib.
Tibbi yardıma baxmayaraq, o həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
















