Aparılan təmir işləri ilə əlaqədar Xətai rayonunun Rövşən Əliyev küçəsinin bir hissəsində nəqliyyat vasitələrinin hərəkəti 26 avqust saat 22:00-dan 28 avqust saat 22:00-dək müvəqqəti məhdudlaşdırılacaq.
“Avantaj.media” xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb.
“Sürücülərdən qeyd olunan müddətdə alternativ yollardan istifadə etmələri və aparılan təmir işlərinə anlayışla yanaşmaları xahiş olunur”, – deyə məlumatda qeyd edilib.















