• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Özəl
  • Ölkə
  • Sosial
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9825
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Özəl
  • Ölkə
  • Sosial
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Sosial

Sumqayıtda “ölü biznesi”: Qəbir yeri 500 manat , dəfn xidməti 6 min manat !

26 Avqust, 26 / 11:52
A A

Deyirlər , ölüm hər kəsi bərabərləşdirir. Ama görünür, Sumqayıtda bu qayda keçərli deyil. Burada hətta axirət dünyasına qovuşmaq üçün də cibində qalaq-qalaq manatın olmalıdır.

BTV xəbər verir ki Faktum.az-a daxil olan şikayətlər və müraciətlər Sumqayıtın yeni qəbiristanlığında baş verən özbaşınalığın, sözün əsl mənasında, “ölü biznesi”nin dəhşətli mənzərəsini ortaya qoyur.

​Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli 522 nömrəli Qərarı ilə təsdiq olunmuş “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”na əsasən, qəbiristanlıqlar bələdiyyələrin balansındadır və hər bir vətəndaş üçün qəbir yeri tamamilə PULSUZ ayrılmalıdır. Qanunun və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin tələbi budur.
​Amma Sumqayıtda qanunlar sanki qəbiristanlıq darvazasından içəri keçmir.

Əldə etdiyimiz məlumata görə, yeni qəbiristanlıqda tək adamlıq sadəcə qara torpaq sahəsi 300-500 manata “təklif olunur”. Yəni yerinə görə qiymət dəyişir.

Əgər ölənin yaxınları qəbrin qazılması, dəfn və baş daşı kimi xidmətlər də istəyirlərsə, qiymət birbaşa 5-6 min manata kəllə-çarxa çıxır. Bəli, yanlış oxumadınız – bir otaqlı mənzil qiymətinə qəbir yeri!

Məlumata görə, bu “axirət holdinqi”nin başında Sumqayıt Şəhər Vətəndaşlara Xidmət İdarəsinin rəisi Feyruz Əsədov və onun səlahiyyətli nümayəndəsi Şəmistan dayanır.

Dövlət rüsumu, rəsmi qəbz? Unudun!

Bura Feyruz müəllimin şəxsi krallığıdır.

​Hələ bu harasıdır! “Qiyməti baha olsa da, xidməti bari aldığına dəysin” deyəcəksiniz. Amma fotolara baxanda adamın dəhşətdən tükləri biz-biz olur. Vətəndaşlar min bir əziyyətlə, el qınağından çəkinərək Şəmistana minlərlə manat sayırlar, amma qarşılığında nə alırlar? – Zibil, çərən və adam boyu qalxan kol-kos!

​Müraciət edən vətəndaşların fəryadı hər şeyi öz adıyla çağırır: “Biz varıq hələ ki, ata-anamızın məzarını təmizləyirik. Axı Fiyruzun nümayəndəsi Şəmistana bütün bunları danışıb, kifayət qədər pul saymışıq.

Gözümüzün qabağında kimsəsizlərin qəbri kolun içində görünmür. Özümüz də yovşanı, çərəni yarıb yaxınımızın qəbrinə gedib çata bilmirik. Sabah biz olmasaq necə olacaq?
Bu nə hörmətsizlikdir?”

Bəli, Sumqayıt Bələdiyyəsi və Vətəndaşlara Xidmət İdarəsi pul yığmağa gələndə kassa aparatından da sürətli işləyir, amma qəbiristanlığı təmizləməyə gələndə sanki iflic olurlar.
Vətəndaş doğmasının məzarını ziyarət etmək üçün yanında oraq-dəryaz gəzdirməlidir?

​Sumqayıt bələdiyyəsinə və Feyruz müəllimə təmənnasız bir məsləhətimiz var: Bəlkə qəbiristanlığın girişinə turniket qoyasınız?

Giriş üçün də 10-15 manat rüsum kəsin, tam olsun! Axı bu qədər kol-kosu, yovşanı becərmək, qəbirləri təbiətlə qovuşdurub “ekoloji park”a çevirmək böyük zəhmət tələb edir!

Qarşı tərəfin cavab haqqını tanıyırıq.

Faktum.az

Bənzər Xəbərlər

Sosial

Cəlilabadda 8000-dən çox abonent işıqsız qalacaq – Xəbərdarlıq

Avqust 26, 2026
Sosial

“Bank of Baku” müştərisini bir aydır gözlədir: SMS kodu problemi həll olunmur

Avqust 26, 2026
Sosial

Bakıda 9 yaşlı uşaq anası tərəfindən zorakılığa məruz qalıb – İDDİA

Avqust 25, 2026
Sosial

Rusiya XİN: KTMT Ermənistanla hərbi sahədə əməkdaşlıq etmir

Avqust 24, 2026
Sosial

Cəmiyyət üçün böyük təhlükə: Mağazaların “lüt” reklamlarına kim dur deyəcək ?

Avqust 22, 2026
Sosial

İsmayıllının icra başçısı şokda: Anım Günü tədbiri ilə bağlı tender ləğv edildi – İLGİNC

Avqust 20, 2026

XƏBƏR LENTİ

Qisas , pul , şöhrət və "xəstə ideya" lar : Dünyanı sarsıdan cinayətlərin arxasında nə dayanırdı ?

26 Avqust, 26 / 22:35

Xətai rayonunda bu küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

26 Avqust, 26 / 22:01

Cəlilabadda 8000-dən çox abonent işıqsız qalacaq – Xəbərdarlıq

26 Avqust, 26 / 21:59

Reyhanın faydaları: Ətirli göyərtinin orqanizmə təsiri nədir ?

26 Avqust, 26 / 21:56

Pakistan haqqında bilmədikləriniz: Qədim sivilizasiyadan müasir dövlətə

26 Avqust, 26 / 21:54

Qara çörək həqiqətən arıqladır ? Çörək haqqında doğru bilinən yanlışlar

26 Avqust, 26 / 21:53

Həyəcanlananda ürəyimiz niyə sürətlə döyünür ? Bədənin “təhlükə siqnalı” necə işləyir ?

26 Avqust, 26 / 21:50

Cavan qalmağın sirri nədir ? Alimlərin diqqət çəkdiyi 7 əsas amil

26 Avqust, 26 / 21:48

“Tezliklə İrana qarşı böyük qələbə əldə edəcəyik”

26 Avqust, 26 / 21:45

“Qarabağ”ın legioneri Medinanın komanda yoldaşı olacaq

26 Avqust, 26 / 21:43
  • Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə

© 2026 Avantaj.media - İnformasiya Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Özəl
  • Ölkə
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Avantaj.media - İnformasiya Portalı.