“Bank of Baku” müştərisini bir aydır gözlədir: SMS kodu problemi həll olunmur.
Avantaj.media xəbər verir ki Serhedaz.az-ın əldə etdiyi məlumata görə, “Bank of Baku”nun müştərilərindən biri bankın mobil tətbiqində yaranan problemə görə narazılığını bildirib.
Redaksiyamıza daxil olan şikayətə əsasən, vətəndaş evdə olan məbləğin kartına köçürülməsi ilə bağlı bankla əlaqə saxlayıb. Bildirilir ki, vəsaitin məbləği böyük olduğundan əməliyyat zamanı SMS vasitəsilə göndərilən təsdiq kodunun daxil edilməsi tələb olunur.
Lakin şikayətçinin sözlərinə görə, SMS kodu telefonuna gəlsə də, kodu daxil etmək üçün nəzərdə tutulan pəncərə mobil tətbiqdə açılmır. Nəticədə vətəndaş əməliyyatı tamamlaya bilmir.
Müştəri bildirir ki, məsələ ilə bağlı banka artıq bir neçə dəfə məlumat versə də, problem həllini tapmayıb. Üstəlik, yaxın zamanda xaricə gedəcəyini və orada birdəfəlik rominq aktivləşdirmək istədiyini qeyd edən şikayətçi SMS kodu probleminin səfər zamanı da ciddi çətinlik yarada biləcəyindən narahatdır.
“Hər səfərində şikayətinizə baxılır deyilir, amma təcililik qəti nəzərə alınmır. Cüzi problemi həll etmək artıq bir ayımı alır”, – deyə müştəri narazılığını ifadə edib.
Şikayətçi bankın loyallığına da diqqət çəkərək uzun müddətdir həllini gözləyən belə texniki problemin müştəri üçün ciddi narahatlıq yaratdığını bildirib.
Məsələ ilə bağlı “Bank of Baku”nun mövqeyi və problemin nə vaxt aradan qaldırılacağı diqqət çəkir.
















